"Bu komandadan 15 futbolçunun adını qeyd edə bilərəm"
Avroliqanın 6-cı turu çərçivəsində “Qəbələ” klubu “Krasnodar”ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb
- Sabahkı oyun haqda fikirləriniz?
- Sabahkı oyun daha çox “Krasnodar” üçün vacibdi. Çünki qalib gəlsələr qrupu lider kimi başa vura bilərlər. Bu matç bizim üçün də vacibdir. Çünki təcrübə baxımından lazımdı. Oyunu düzgün analiz edib qalib gəlməyə çalışacağıq.
- İndiyə kimi Avroliqada “Qəbələ”nin heyətində daha çox əcnəbilər çıxış edib. Sabahkı oyunda yerli oyunçulara şans veriləcək?
- Bizim yanaşmamız həmişəki kimidir. Kim hazır olacaqsa, o forma şansı qazanacaq
- “Qəbələ” qalib gəlmək üçün ən çox nəyə güvənir?
- Bizim istedadlı və bacarıqlı futbolçularımız var. Böyük istəyimiz var. Qalib gəlməyə ümid edirik
- Ən çox hansı oyunun nəticəsi sizi təəssüfləndirib?
- Nəticələrdən narazı qaldığım oyunlar var. Bəzi oyunlar da var ki, o oyunda qalib gəlməli idik. Amma o oyunların adlarını çəkməyəcəm
- Bildirmişdiniz ki, Avroliqanın qrupuna vəsiqə qazanmaq bizim üçün bayramdı. Bu oyuna da maraq bir az azdı. Qorxmursunuz ki, bu bayramı tək qeyd edəcəksiniz?
- Nə qədər azarkeş olacağını bilmirik. Bu günə kimi bizi dəstəkləyən azarkeşlərə də təşəkkür edirəm. Əgər azarkeş az olsa, deməli, bizim nəticələr onları qane etməyib.
- “Krasnodar”ın istiarahət üçün vaxtı çox olub. Bu oyuna təsir edəcək?
- Düzdü. Bizim vaxtımız isə az oldu. Amma biz öz oyunumuzu göstərməyə çalışacağıq. Məzmunlu və baxımlı futbol nümayiş etdirməyə çalışacağıq
- “Krasnodar”ın heyətində kimi qeyd edə bilərsiniz?
- Bu komandadan 15 futbolçunun adını qeyd edə bilərəm ki, 10-u daha güclüdür. Hücum xəttləri güclüdür
- “Krasnodar”ı çalışdırmaq istərdiniz?
- Xeyr. Mən “Qəbələ”də çalışmaq fikrindəyəm.
- İlk oyunda ikinci hissədə zəif oynamışdız. Bəs bu oyunda 2-ci hissədə nəsə planınız var?
- Bizim ilk oyunda qol imkanlarımız da olmuşdu. Hətta vurduğumuz qolu hakim qeydə almamışdı.
- Avroliqa macəralarınız sona çatır. “Qəbələ”nin işləri daxili çempionatda qaydasına düşəcək?
- Daxili çempionatda biz yaxşı oynamışdıq. Sadəcə, nəticə yox idi. Məsələn, son oyunumzda yaxşı oynamamışdıq. Lakin qələbə qazanmışdıq.
- Yenidən belə şansınız qrupdan çıxmaq üçün nəyi dəyişərdiniz?
- Bəzi oyunlarda hakimlərin əleyhimizə qərar veriblər. Məsələn, oyunların təqvimlərini dəyişərdim. Zədəli oyunçularımız da var idi həmçinin
saytlarin hazirlanmasi