Fariz Nəcəfov: "Ola bilər hansısa dəyişiklik olsun"

12:08 - 11 Dekabr 2015

"Bundan artığını bacarmırıq"

 

Avropa Liqasının qrup mrhələsinin son turunda "Qəbələ” "Bakcell Arena”da "Krasnodar”a 3-0 hesabı ilə məğlub olub.  

 

Sportal.az xəbər verir ki, oyundan sonra "qırmızı-qaralar”ın  vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb.
 
-Daha yaxşı oynamaq şansımız var idi. Gözlənilməz səhvlərdən qol buraxdıq.  Amma oyun maraqlı keçdi.  Futbolçularımıza sonadək mübarizə apardıqları üçün təşəkkür edirəm.  Azərbaycana Avroliqa həyəcanı yaşatdıqları üçün futbolçulara təşəkkürümü bildirirəm.  Komandada belə oyunu və qrupa düşməyi gözləmirdik. "Qəbələ” ilə fəxr edirəm.  Komandam qürur duyuram.

 
- Sonluğun fərqli olacağını gözləyirdik...

-Futbolda hər şey ola bilər.  Bizdə nəsə gözləyirdik.  Futbolçular əllərindən gələn hər  şeyi etdilər.  Onlar bütün bacardıqlarını ortaya qoydular.  Bacardığımız budu, yəni bundan artığını bacarmırıq.
 
- Komanda sanki meydana məğlub durumda  çıxmışdı...

-Mən fərli düşünürəm. İlk qolu buraxanadək yaxşı oynadıq.
 
- Klub prezidenti Tale Heydərov oyundan sonra komanda ilə görüşdü. Paltardəyişmə otağında nə baş verdi?

-Qrupa düşdüyümüzə və keçirdiyimiz oyunlara görə komandaya təşəkkür etdi.  Futbolçulardan bundan sonrakı diqqəti ölkə çempionatına yönəltmələrini istdəti. 
 
- Qarşıdan qış transfer mövsümü gəlir. Deyilənlərə görə komandada bəzi dəyişikliklər olacaq. Bir neçə futbolçu komandadan göndəriləcək...

-Bu barədə baş məşqçimizlə söhbət etməmişik. Ola bilər hansısa dəyişiklik olsun. 
 
- Bu mövsüm məcburiyyət qarşısında qalaraq ev oyunlarınızı Bakıda keçirməli oldunuz. Növbəti ilə Avrokuboklarda çıxış etsəniz, stadion problemini necə həll edəcəksiniz?

-Stadionla bağlı işlərimiz davam edir. Müəyyən layihələr hazırlanır.  Söz verə bilmərəm ki, gələn mövsümə qədər işləri başa vuracağıq. Ən azından Avrokuboklarda qrup mərhələsinədək irəliləyə bilsək, çalışacağıq ki, oyunlarımızı Qəbələdə keçirək.

Xəbər xətti