Şahin Diniyev: "Bunu faciə etmək istəmirik"

16:55 - 11 Dekabr 2015

"Komanda artıq “oturub”

 

Premyer Liqanın XVI turunun açılış oyunu Gəncədə keçirilib. “Kəpəz” – “Rəvan” görüşündə hesab açılmayıb

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Kəpəz"in baş məşqçisi Şahin Diniyev bunları qeyd edib:

 

“Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Biz mövsüm ərzində ən zəif oyunlarımızdan birini keçirdik. Çalışacağıq ki, son iki matçı motivasiya hesabına reallaşdıraq. Qarşımızda inamlı müdafiəyə malik “Rəvan” vardı. İnamlı müdafiəni yarmaq üçün isə sürətli hücumlar lazımdır. Lakin komandada sürət çatışmırdı. Liderlər qrupuna yaxınlaşmaq üçün mütləq qələbə qazanmalı idik. Amma bunu faciə etmək istəmirik, irəli baxmaq lazımdır. Sadəcə, komandanın qol vura bilməməsi məni narahat edir. Bu məqam bir futbolçu ilə bağlı deyil, başqa bir problemlər var ki, bunu mən yaxşı bilirəm. Komanda artıq “oturub”. Buna səbəb 17 oyunu eyni heyətlə keçirməyimizdir. Komandada yorğunluq və durğunluq hiss olunur. Dəyişiklik etmək imkanlarım olmasa da, çalışacağıq ki, qış fasiləsinə qədər olan son iki oyunu yaxşı nəticələrlə başa vuraq”.

Xəbər xətti