Pərdis Fərcad-Azad: "Milli komandaya yenidən dəvət almaq istəyirəm" MÜSAHİBƏ

00:47 - 13 Dekabr 2015

"Komandada rəqabətin olması yaxşı haldı"
 
"Sumqayıt"ın futbolçusu Pərdis Fərcad-Azadın sportal.az-a müsahibəsi:
 
- Hazırda zədəlisən. Yaşıl meydanlara nə zaman qayıdacaqsan?
- Təəssüf ki, komandama kömək edə bilmirəm. Məşqdə zədələnmişdim. İnşallah, hər şey yaxşı olar. Zədəm elə də ciddi deyil. Çox güman “Qarabağ”la oyuna hazır olacam
 
- “Sumqayıt” Samir Abasovun gəlişindən sonra daha inamlı futbol nümayiş etdirir…
- Elə oyunlar olub ki, yaxşı oynamışıq, amma qalib gələ bilməmişik. Samir müəllimin gəlişindən sonra isə komandada əhval-ruhiyyə yüksəkdi. Həqiqətən də, bizə çox yardım edir. Bi futbolçular da, əlimizdən gələni edirik.
 
- Milli komandaya yenidən dəvət almaq üçün ümid edirsən?
- Əlbəttə, milli komandaya yenidən dəvət almaq istəyirəm. Bunun üçün daha çox çalışmalıyam. Ümid edirəm ki, yenidən milli komandaya dəvət alacam. Bunu bacaracağıma inanıram
 
- Qış transfer pəncərəsi yaxınlaşır. Adın “Neftçi” klubu ilə hallanır…
- Bu haqda məlumatım yoxdu. Sözün düzü, eşitməmişəm də.
 
- Bəs, təklif gəlsə, qəbul edərsən?
- “Neftçi” güclü komanadadı. Amma mənə təklif gəlməyib. Təklif gələrsə, fikirləşərik (gülür)
 
- Ağabala Ramazanov və Amil Yunanov cütlüyü hazırda yaxşı formadadı. Zədədən qayıtdıqdan sonra heyətə düşməkdə çətinlik çəkməyəcəksiniz?
- Əksinə bu məni daha çox sevindirir. Komandada rəqabətin olması yaxşı haldı. Mən də çalışacam ki, komandama faydalı olum. Bunun üçün baş məşqçimizin tapşıraqlarını müvəffəqiyyətlə yerinə yetirməliyəm.
 
- “Sumqayıt” güclü müdafiə xətti seçilən “İnter”ə 3 qol vurdu. Bəs, “Qarabağ”la oyun haqda nə fikirləşirsiniz?
- “Qarabağ” çempionatın ən güclü komandalarından biridir. Çalışacağıq ki, həmin oyunda da yaxşı oyun nümayiş etdirək. Ən azı, məğlub olmamalıyıq.
 
Mehman Əşrəfov

Xəbər xətti