Ən çox Gəncədə oldu
Azərbaycan Premyer Liqasının XVI turu keçirilən 5 qarşılaşma ilə arxada qaldı.
Sportal.az xəbər verir ki, baş tutan 5 matça ümumilikdə 14 min 250 azarkeş gəlib. Ən çox azarkeş Gəncədə qeydə alınıb ki, orada baş tutan "Kəpəz" - "Rəvan" (0:0) matçında 11 min nəfər qeydə alınıb.
"Zirə" - "Qarabağ" (0:0) qarşılaşmasında 1150, "Qəbələ" - "Neftçi" (0:1) matçında 1000, AZAL - "Xəzər Lənkəran" (1:0) oyununa isə 600 azarkeş təşrif buyurub. Ən az izləyici sayısı 500 nəfərlə "İnter" - "Sumqayıt" (2:3) matçında qeydə alınıb.
saytlarin hazirlanmasi