"Ola bilsin ki, səbəb vaxtın dəyişdirilməsidir"
Premyer Liqada artıq "Xəzər Lənkəran"ın ardıcıl 3 oyununun "CBC Sport" telekanalı vasitəsi ilə yayımlanmayacağı dəqiqləşib.
Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bu məsələyə Sportal.az-a açıqlamasında belə aydınlıq gətirib:
"Əvvəlki iki oyunun yayımlanmamasının səbəbini bilmirəm. Dekabrın 17-i keçiriləcək "Kəpəz"lə ev qarşılaşmamızın saat dəyişikliyi biz etdik. Stadionun işıqlandırma sistemində yeniləmə işləri aparılıq. Ona görə matç bizim istəyimizlə 14:00-da baş tutacaq. Ola bilsin ki, səbəb vaxtın dəyişdirilməsidir. İstənilən halda bu ölkənin "Xəzər Lənkəran" kimi böyük auditoriyası olan bir klub yoxdur və telekanal da bunu dərk etməlidir.
Biz əvvəlki oyunlarımızın yayımlanmaması üçün "CBCSport"dan heç bir açıqlama istəməmişik. Sadəcə bir reallıq var, "görünən dağa nə bələdçi". Ev oyunlarımızı internet kanalımız vasitəsi ilə canlı yayımlayırıq. Əsas istəyimiz odur ki, səfər oyunlarını yayımlasınlar, azarkeşlər rahat matçı izləsinlər",
saytlarin hazirlanmasi