İclas keçirildi
İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
Sportal.az xəbər verir ki. iclasda Premyer Liqa klubları da cəzalanıb:
Premyer Liqanın XVI turunun “Kəpəz” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Premyer Liqanın XVI turunun “Qəbələ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Əvəzedici heyətlərin XVI turunun “Qəbələ” – “Neftçi” matçında “Qəbələ” klubunun 4, “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur.
saytlarin hazirlanmasi