"Oyunun ədalətli nəticəsi bərabərlik idi"
Premyer Liqasının XVII turunun “Qarabağ” – “Sumqayıt” oyunu dramatik alınıb. 2-2 hesabı ilə başa çatan görüşdən sonra hər iki komandanın baş məşqçisi düşüncələrini bölüşüb.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bunları qeyd edib:
“Düşünürəm ki, çox çətin, ağır bir oyun oldu. Son vaxtlar öz oyun üslubu ilə fərqlənən komandaya qarşı çıxış etdik. Son vaxtlar nə biz bu qədər qol epizodu yaratmışdıq, nə də rəqib bu qədər qol epizoduna imkan vermişdi. Bəlkə də oyunun ədalətli nəticəsi bərabərlik idi. Futbolçudan istədiyini ala bilməyəndə onun üzərinə getmək əvəzinə soyuqqanlılıq lazım olur. Çünki futbolçular çox yükləniblər. Mən əvvəlcədən bilirdim ki, xal itkiləri ola bilər. Yaxşı komanda ilə oyunda xal itirdik. Mən rəqib komandaya və baş məşqçi Samir Abasova uğurlar arzu edirəm”.
saytlarin hazirlanmasi