Samir Abasov: "Başqa cür oynaya da bilməzdik"

19:08 - 16 Dekabr 2015

"Əks hücumlara güvənmişdik"

 

Premyer Liqasının XVII turunun “Qarabağ” – “Sumqayıt” oyunu dramatik alınıb. 2-2 hesabı ilə başa çatan görüşdən sonra hər iki komandanın baş məşqçisi düşüncələrini bölüşüb.

 

Sportal.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov bunları qeyd edib:

 

"Əks hücumlara güvənmişdik, başqa cür oynaya da bilməzdik. Görüşdən öncə deyirdilər ki, “Qarabağ”la matçda təzyiq etsək, rahat olar. Amma  biz bundan öncə “İnter”ə qarşı ağır oyun keçirmişdik, bizim üçün çətinlik yaranardı.  20 dekabrda fasilə yaranmasına baxmayaraq, bir neçə oyunçumuz hələ də tam hazır deyil. Çünki bəzi futbolçular bizə gec qoşulublar. Bütün bu problemlərə baxmayaraq, oyun sona qədər istədiyimiz kimi gedirdi. Amma son dəqiqələrdə buraxılan qol bizi qələbəsiz qoydu. Amma “Qarabağ”la oyunda qeydə alınan heç-heçə mənim üçün qələbəyə bərabərdir”

Xəbər xətti