SON DƏQİQƏ: UEFA-dan "İnter"ə 3 illik cəza şoku

00:02 - 17 Dekabr 2015

3 kluba xəbərdarlıq
 
UEFA klubdan ayrılan futbolçularına borcları olduğu üçün 3 kluba rəsmən xəbərdarlıq edib.

Sportal.az xəbər verir ki, bu klublardan biri də "İnter"dir. Əgər "bankirlər" futbolçularına olan borclarını 2016-cı ilin yanvarın 31-nə qədər ödəməsə, təmsilçimiz 3 il avrokuboklarda iştirak edə bilməyəcək.
 
Qeyd edək ki, digər iki komanda Rumıniyanın "Targu Mureş" və Ukraynanın "Dnepr" klublarıdır.

Xəbər xətti