"İdeal formada olduğumu deməzdim"
Premyer Liqanın 17-ci turunda səfərdə AZAL "Neftçi"ni məğlub edib.
Matçdan sonra "Neftçi"nin hücumçusu Anyete sportal.az-a müsahibə verib:
- Oyun haqda nə söyləyə bilərsiniz?
- Oyuna yaxşı başlamayanda, matç həmişə çətin keçir. Fikrimcə 2-ci hissədə yaxşı oyun sərgilədik. Amma qol vura bilmədik
- İkinci hissədə bir epizodda hakimdən penalti tələb etdiniz. Digər epizodda isə simulyasiyaya görə sarı vərəqə ilə cəzalandınız...
- Birinci epziodda penaltinin olub-olmadığını dəqiq deyə bilmərəm. İkinci epizodda isə mən yıxıldım. Lakin mənsimulyasiya etmirdim və bu barədə heç düşünmürdüm də. Həmin epizodda hakim matçı davam etdirə də bilərdi
- Sizcə, hakim sizi xaldan məhrum etdi?
- Mən hakimləri müzakirə etməyi xoşlamıram. Sadəcə, onu bildirim ki, hakim bizə kömək etmədi (gülür)
- Samir Əliyevin gedişindən sonra Əsgər Abdullayev gəldi. Bu dəyişiklikdən sonra komanda məğlub olmurdu. Amma oyun sisteminiz dəyişməyib...
- Mən sizinlə heç də razı deyiləm. Çünki biz son oyunlarda yaxşı nəticələr əldə etmişik. Lənkəranda qələbə qazandıq, lider “Qarabağ”ı məğlub etdik və kubok matçında yaxşı oynadıq. Bu oyunda bizim bəxtimiz gətirmədi
- Amma bu matçda çərçivəyə dəqiq zərbələriniz çox az oldu...
- Məncə, şanslarımız var idi. Səhvlərimiz də oldu. Sadəcə, imkanlarımızdan yararlana bilmədik
- Zədədən sonra əvvəlki formanızı bərpa etmisinizmi?
- İdeal formada olduğumu deməzdim. Daha çox çalışmalıyam
- 2-ci hissədə komandanın təhlükəli nöqtədən cərimə zərbəsi qazandı. Hamı bilir ki, cərimə zərbələrini yaxşı yerinə yetirirsiniz. Lakin həmin epizodda Ruslan Qurbanov sizə imkan vermədi...
- Biz bir ailəyik. Burada heç bir problem yoxdu. O, məndən xaiş etdi və mən də, razılaşdım
- Bolqarıstan mətbuatında “Levski”yə qayıdacağınız barədə xəbərlər yayılmışdı. Qış transfer pəncərəsi yaxınlaşır. Bu barədə nə söyləyə bilərsiniz?
- Çox sadə cavabım var. Xeyr. Bu xəbərlər həqiqəti əks etdirmir. Mən “Neftçi”də uğurlar qazanmaq istəyirəm. Çoxlu qollar vurduqdan sonra “Neftçi”ni tərk etmək barədə düşünə bilərəm.
Mehman Əşrəfov
saytlarin hazirlanmasi