Rahid Əmirquliyev, Almeyda və Qriqorçuk ilin ən yaxşıları seçildi

17:05 - 18 Dekabr 2015

Mükafatlandırma mərasimi keçirilib

 

Bu gün İdman Araşdırmalar Mərkəzinin 2015-ci ilin yekunlarına həsr olunmuş "İlin qalibləri" layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirilib.

 

Sportal.az xəbər verir ki, tədbirdə 8 nominasiya üzrə qaliblər mükafatlandırılıb.


"İlin qalibi" adını qazanlar bunlardır:

 

1. İlin idman xadimi - Sadıq Sadıqov (“Neftçi İdman Klubu” İctimai Birliyinin idarəetmə aparatının rəhbəri

2. İlin futbolçusu - Rahid Əmirquliyev ("Xəzər Lənkəran"ın kapitanı və Azərbaycan millisinin üzvü)

3. İlin idmançısı -  Rəsul Çunayev (yunan-Roma güləşçisi, Bakı 2015 I Avropa Oyunlarının qalibi və dünya çempionu)

4. İlin əcnəbi futbolçusu (bütün növlər üzrə) - Riçard Almeyda - "Qarabağ" futbol komandasının braziliyalı futbolçusu

5. İlin komandası (futbol və digər növlər üzrə) -  "Qəbələ" futbol klubu (Avropa Liqasında arıdıcıl 4 mərhələ keçməklə tarixində ilk dəfə turnirin qrup mərhələsinə vəsiqə qazanıb)

6. İlin baş məşqçisi (futbol və digər növlər üzrə) - Roman Qriqorçuk ("Qəbələ"yə bürünc medal və klub tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazandırdığı üçün), Cəmşid Xeyrəbadi (Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakı 2015 I Avropa Oyunlarında, Dünya Kubokunda və dünya çempionatında yüksək nəticələr göstərdiyi üçün)

7. İlin mətbuat katibi (futbol və digər növlər üzrə) - Anar Hacıyev ("Qəbələ"), Mayis Musayev (Azərbaycan Güləş Federasiyası)

 

8. İlin idman jurnalisti - İlkin Fikrətoğlu (ATV)

Xəbər xətti