İlin son turu start götürdü
Bu gün Azərbaycan Premyer Liqasında XVIII turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. İlk öncə Sumqayıtda eyni aldı komanda turnir cədvəlinin zirzəmisində qərarlaşmış "Rəvan"ı qonaq edib. Görüş 3:3 hesabı ilə yekunlaşıb.
Turun mərkəzi görüşü isə Suraxanıda keçirilib. Burada lider "Qarabağ" çempionluq yolundakı əsas rəqiblərindən olan "Qəbələ"ni qonaq edib. Bu matçda da qalib müəyyənləşməyib. 1:1
Azərbaycan Premyer Liqası, 18-ci tur
19 dekabr
15:30. “Sumqayıt” - “Rəvan” 3:3
QOL: Amil Yunanov, 13, 34, Mikayıl Rəhimov, 90+5 - Şeriff Suma, 27, Ruslan Tağızadə, 35, Ramazan Abbasov, 75 (penalti)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, İsgəndər Əliyev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.
18:00. “Qarabağ” - “Qəbələ” 1:1
Qol: Əfran Simayılov,79, - Ermin Zets,4,
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
saytlarin hazirlanmasi