Qurban Qurbanov və İlqar Qurbanovdan növbəti "fair-play" dərsi

19:45 - 19 Dekabr 2015

XVIII turun matçında...

 

Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçirilən "Qarabağ" - "Qəbələ" matçında "fair-play" nümunəsi baş verib.

 

Sportal.az-ın stadiona olan əməkdaşının verdiyi məlumata görə, oyunun sonlarına yaxın matçın yan hakimi  topun "Qəbələ"li futbolçulardan çıxdığını bildirsə də, "Qarabağ"ın futbolçusu İlqar Qurbanov topun ondan çıxdığını yan xətt hakiminə bildirib. Lakin, hakim qərarını dəyişməyib. 

 

İlqar Qurbanov baş məşqçi Qurban Qurbanovla məsləhətləşdikdən sonra topu oyuna daxil edərkən onu bilərəkdən xətdən kənara atıb.

Xəbər xətti