Qriqorçuk: "Yalnız "Qarabağ"la oyunda futbolçularıma bunu demədim"

20:20 - 19 Dekabr 2015

"Amma biz heç vaxt nəticəyə görə oynamırıq"
 
Premyer Liqanın 18-ci turunun mərkəzi matçında "Qəbələ" səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçəyə razılaşıb.
 
Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, əyalət təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərinin suallarını cavablandırıb.
 
- Sizə elə gəlmir ki, oyunun heç-heçə bitməsinin əsas səbəbi komandanızın erkən müdafiəyə çəkilməsi oldu?
- Erkən qolla başladıq, belə məqamda ikinci qolu vurmaq lazım idi. Hansı ki, rəqib oyun tempini artırdı, buna görə də tez-tez top itkilərinə yol verdik. Rəqibin oyunun nəzarət etməsinə görə, müdafiəyə çəkildik. Düzdür, qol vurmaq şansımız da oldu, alınmadı. Düzdür, görmək istədiyimiz futbol bu deyil. Amma biz heç vaxt nəticəyə görə oynamırıq.
 
- Komandada Cavid Hüseynovun yeri nə qədər görünür?
- Cavid Azərbaycanın ən güclü futbolçularından biridir, komandanın kapitan kimi əsas fiqurlarından biridir. Ondan ötrü çox darıxıram. İstəyirik ki, vəziyyət tezliklə düzəlsin. Komandada yeri görünür. Arzum odur ki, tezliklə azadlığa çıxsın.
 
- Oyunun qırılma nöqtəsi penalti epizodunun qeyri-dəqiq yerinə yetirilməsi idi. Oyundan əvvəl penalti vurmaq təlimatı kimə verilmişdi. Əgər Dodoya verilməmişdisə, nəsə cəza olacaq?
- Bugünə qədər hər oyundan qabaq standard vəziyyətlərini kim yerinə yetirəcəyini deyirdim, amma yeganə bu oyunda demədim. Bu dəfə Dodo özünə güvəndi və topu götürdü. Amma Dodonu qeyri-dəqiq yerinə yetirdiyinə görə günahlandırmaq düzgün olmazdı. Komandada adətən Aleksey Qay yerinə yetirir, amma kubok oyununda  o olmadığı üçün Dodoya tapşırmışdım.
 
- Artıq qış fasiləsi yaxınlaşır. Komandada yeni transferlər olacaqmı, olacaqsa hansı ölkələrdən olacaq?
- Bu haqda işlərimiz davam edir, amma burda əlavə məlumat vermək istəmirəm. Yalnız müqavilə imzalayandan sonra bu haqda ictimaiyyətə məlumat veriləcək. Həm komandadan gedən, həm də komandadan gedəcək. 
 
- George Floresku, Fakunda Pereyra və Vüqar Nadirovun komandadan gedəcəyi dəqiqdir. Bu siyahıya əlavələr olacaq?
- Fakunda ilə vəziyyət belədir ki, əvvəlcədən bilirdim ki, o getmək istəyir. Fakunda Pereyranın həyat yoldaşı istəyir ki, vətənində yaşasın. Belə məsələləri başa düşürük, çalışırıq ki, futbolçu komandada xoşbəxt olsun. Siyahıda əlavələrin olub-olmaması haqda nəsə deyə bilmərəm.
 
- Oyunun 84-cü dəqiqəsində İlqar Qurbanov baş məşqçisi Qurban Qurbanovun məsləhəti ilə "fair-pley"ə əməl edərək topu qəsdən çölə çıxardı. Buna münasibətiniz necədir, əgər sizin komandada olsa, nə edərdiniz?
- Bunu çox yaxşı hərəkət hesab edirəm, özüm də bunu etməyə hazıram. Belə hərəkətləri alqışlayıram. 

Xəbər xətti