"İnter" və AZAL-dan qələbə, "Kəpəz" "Neftçi" ilə heç-heçə etdi YENİLƏNİB

18:24 - 20 Dekabr 2015

İlin son matçları

 

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

 

Sporta.az xəbər verir ki, ilin son turunda daha 3 qarşılaşma keçirilib. Günün ilk matçı Gəncədə baş tutub. "Kəpəz" əzəli rəqibi "Neftçi"ni qəbul edib. Matçda qalib müəyyənləşməyib.

 

Daha sonra paytaxt derbisində AZAL-la "Zirə" üz-üzə gəlib. Bu matçda "təyyarəçilər" 1:0 hesablı qələbə qazanıb.

 

Günün son matçı "İnter Arena"da baş tutub. Burada "İnter" "Xəzər Lənkəran"ı qəbul edib. "Bankirlər" bu matçdan 2:0 hesablı qələbə ilə ayrılıb. 

 

Azərbaycan Premyer Liqası

18-ci tur
20 dekabr

 

14:00. “Kəpəz” - “Neftçi” 1:1

Qol: Tərlan Quliyev,15, - Cavid İmamverdiyev,47

Qırmızı vərəqələr: Aylton Silva,50 ("Neftçi"), Tural Nərimanov,51 ("Kəpəz")
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Akif Əmirəli, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov.
Gəncə şəhər stadionu.

 

15:00. AZAL - “Zirə” 1:0 

Qol: Tagim Novruzov,14(pen)
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Mahir Məmmədov.
Bakı. AZAL Arena.

 

16:30. “İnter” - “Xəzər Lənkəran” 2:0

Qol: Zurab Xizanişvili,28, Elnur Abdullayev,47
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə.
Bakı. “İnter Arena”.

 

 

1

Qarabağ

18

11

5

2

28-12

38

2

İnter

18

8

6

4

18-12

30

3

Zirə 

18

7

8

3

16-13

29

4

Qəbələ

18

7

7

4

24-13

28

5

Kəpəz

18

6

8

4

19-17

26

6

Neftçi

18

6

6

6

19-18

24

7

AZAL

18

6

4

8

11-17

22

8

Sumqayıt

18

3

9

6

23-28

18

9

Xəzər Lənkəran

18

3

3

12

10-24

12

10

Rəvan

18

2

6

10

12-26

12

 

Bombardir: Riçard Almeyda (“Qarabağ”) – 7.

Xəbər xətti