Yunis Hüseynov: "Belə davam etsə, I Diviziona düşəcəyik"

18:48 - 20 Dekabr 2015

"Rəqabət olmalıdır ki, futbolçularda arxayınlıq olmasın"

 

Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsinə doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edən "İnter" 2:0 hesablı qələbə qazanıb:

 

Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov bunları qeyd edib:

 

"İnter"i qələbə münasibəti ilə təbrik edirəm. Bu gün çox zəif oynadıq. Futbolçu qıtlığı var. Rəhbərliklə danışacam. Yeni oyunçular lazımdı. Ən azı 15 futbolçu olmalıdır. Rəqabət olmalıdır ki, futbolçularda arxayınlıq olmasın. Eyni mövqedə çıxış edə biləcək 2-3 oyunçu lazımdır. Bu gün meydanda 16 yaşlı iki futbolçu oynayırdı. İkisindən də razı qaldım. 4-5 oyunçu var ki, komandada qalmağa layiqdir. Bizim bir neçə futbolçumuza başqa komandalardan təkliflər var. Amma, onlar müqavilə ilə bizə məxsusdur. Əgər dəyişiklik olmasa, komanda Premyer Liqada qala bilməz. Belə davam etsə, I Diviziona düşəcəyik. 

Xəbər xətti