Premyer Liqada ilin son turunda neçə azarkeş qeydə alındı? FOTOLAR

11:07 - 21 Dekabr 2015

Ən çox Gəncədə

 

Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, XVIII tur keçirilən 5 qarşılaşma ilə arxada qaldı. İlin son turunda ümumilikdə 18 min 456 azarkeş qeydə alınıb. Ən çox izləyici sayı isə "Kəpəz" - "Neftçi" (1:1) olub ki, Gəncə stadionuna 15 min azarkeş toplaşıb. İkinci ən çox azarkeş sayı isə 2100 sayla "Qarabağ" - "Qəbələ" (1:1) matçında olub.

 

"İnter" - "Xəzər Lənkəran" (2:0) və "Sumqayıt" - "Rəvan" (3:3) matçlarında 500 azarkeş qeydə alınıb. AZAL - "Zirə" (1:0) qarşılaşmasında isə 356 izləyici olub.

 

 

 

 

Xəbər xətti