Roman Qriqorçuk: "Futbol həyatımda belə hakimlik görməmişəm"

16:19 - 9 Aprel 2016

"Hakim səhvləri ancaq bizə qarşı olur"
 
Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə "Sumqayıt"ın qonağı olan "Qəbələ" 1:1 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, oyunsonrası keçirilən mətbuat konfransından "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib:
 
 
- Xal itkisinin əsas səbəbini nədə görürsünüz?
- Bu gün komandamız qələbəyə yaxın idi. Bütün oyunçularımızın üzündə göz yaşı var. Futbol həyatımda belə hakimlik görməmişəm. 
 
- Hakimlik haqqında nəsə şikayət etmək fikriniz var?
- İlk növbədə bu sualları özümə verirəm. Özüm başa düşməyə çalışıram. Anlaşılmayan vəziyyətdir. Belə vəziyyət yaranmasını heç cür başa düşə bilmirik. Hakim səhvləri ancaq bizə qarşı olur. Çox məyusuq. 
 
- Əvəzedici komandadan Ehtiram Şahverdiyevi əsas komandaya cəlb etmisiniz. Onu növbəti turlarda meydanda görəcəyik?
- Əvəzedici heyətdən belə futbolçuları əsas komandaya cəlb etmişik. Ehtiram bizim əsas komandamızda bir neçə məşqdə iştirak edir. Yüksək səviyyədə çalışır. Bu gün onu oyuna buraxa bilərdim. 
 
- Bildiyimizə görə Ruslan Abışovla aranızda problem yaranıb. Bunun səbəbi nədir?
- Mən onu dəyə bilərəm ki, Ruslanla aramda heçbir problem yoxdur. Sadəcə, bu gün tam formada olan futbolçuları meydanda buraxdım. 
 
- Pavel Paşayevin oynamamasına səbəb nədir?
- Oyunun gedişində Paşayevi meydana buraxmağı lazım  bilmədim. Pavel istənilən vaxtda meydana daxil ola bilər. Onun hər an oynamaq ehtimalı var. 

Xəbər xətti