"İtirəcəyimiz biş şey yoxdur"
Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə "Sumqayıt"ın qonağı olan "Qəbələ" 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyunsonrası keçirilən mətbuat konfransından "Sumqayıt"In baş məşqçisi Samir Abasov bunları qeyd edib:
"Allah şəhidlərimizə rəhmət etsin. Allah şəhidlərimizin ailələrinə səbr versin. Oyuna gəlincə, istənilən oyunu oynaya bilmədik. Hava şəraiti çox pis idi. Heç-heçə oyunun ədalətli nəticəsi idi. İtirəcəyimiz bir şey yoxdur. Qarşıdakı oyunlarımıza baxmalıyıq.”
- Bu həftə 3 futbolçu ilə yollarınızı ayırdız. Qarşıdakı günlərdə belə hallar olacaqmı?
-Rəhbərlik nə qədər mənə inanacaqsa, komandaya gücümü qoyub, yaxşı komanda qurmağa çalışacam. Yayda böyük dəyişikliklər olacaq.
- Ağabala Ramazanov oyunun gedişində azarkeşi sərt şəkildə söydü. Onun cəzası nə olacaq?
- Ağabala böyük səhv edib. Mütləq cəzalanacaq. Ramazanovun təhqir etdiyi azarkeş bizim ən sadiq azarkeşlərimizdən biridir. Sumqayıtlı balası olaraq Azad kişidən üzr istəyəcəm.