Rəşad Sadiqov: "Kiminsə bu barədə düşünməyə haqqı yoxdur" MÜSAHİBƏ

00:33 - 10 Aprel 2016

"Bilsəydik, özümüz də düzəldərdik"
 
Premyer Liqanın XXIX turunda  baş tutan "Sumqayıt” – "Qəbələ” (1-1) oyunundan sonra "Qəbələ”nin kapitanı Rəşad Sadiqovun Sportal.az-a müsahibəsi:
 
- Ardıcıl qələbəsizlik seriyası davam edir. Sonuncu qələbənizi "Neftçi” üzərində qazanmısınız...
- Özümüz də belə olmasını istəmirik. Çox acınacaqlı vəziyyətdir. Neçə oyundu qələbə qazana bilmirik. Düzdü, oyunlarımız yaxşı olur. "İnter”, "Zirə” və bu oyunda çıx yaxşı oynadıq. Qol epizodlarımız həddindən artıq çox olsa da bundan yararlana bilmədik.
 
- Komandada nə çatışmır?
- Bilsəydik özümüz də düzəldərdik. Nə çatışmadığını tapa bilmirik. Yaxşı oynasaq da qələbə qazana bilmirik. Belə oynadıqda və qələbə qazana bilmədikdə oyunçularda müəyyən qədər psixoloji gərginlik yaranır. 
 
- "Sumqayıt” da qarşı ilk yarıda sərbəst oynadınız. Belə görünürdü ki, asanlıqla qələbə qazanacaqsınız. Qoldan sonra 5-6 dəqiqəlik intervaldan sonra komandada çaxnaşma əmələ gəldi. Həmin ərəfədə "Sumqayıt” bərabərlik qolunu vurdu...
- Komanda qol buraxmamağa çalışırdı. Ani bir səhv penaltiyə səbəb oldu və "Sumqayıt” bundan maksimum yararlandı. İstəməzdik belə olsun.
 
- Bəlkə bütün diqqətinizi kuboka yönəltmisiz deyə çempionatı yaddan çıxarmısız...
- Açığı, avrokuboklara ən asan yol çempionatdan keçir. Düzdü, kubokdan daha yaxın olduğunu düşünsələr də,ən yaxın yol çempionatdandı. Ən azından "üçlük”ə düşüb rahat avrokuboklara yollana bilərsən. Kubokda isə şanslar əlli-əlliyədi. Ona görə də, çempionatdan maksimum yararlanmaq lazımdır. 
 
- Fikrincə "Qəbələ” bu gedişlə hara gedir?
- Bilmirəm. Bunu zaman göstərəcək. 
 
- Bu gedişlə mövsümün sonunda "Qəbələ”də köklü dəyişikliklər ola bilər...
- Bu, rəhbərliyin qərarıdır. Futbolçular bunu heç vaxt müzakirə edə bilməz. Bu barədə düşünməyə kiminsə haqqı yoxdur. Futbolçular ancaq meydandakı oyunları barədə düşünməlidir. 
 
- Toparlanmaq üçün sizə nə lazımdır?
- Fikrimcə, bizə 1 qələbə lazımdır. Komanda bundan sonra özünü toparlamağı bacaracaq. Çalışacağıq ki, qarşıdakı oyunlarda qələbələri sıralayaq. 
 
- "Qəbələ” nəyə görə "Qarabağ” səviyyəsində ola bilmir?
- "Qarabağ” uzun müddətdir  hazırkı heyəti ilə oynayır. "Qarabağ”da futbolçular arasında anlaşma tamamilə başqa cürdür. Mən də uzun müddət "Qarabağ”da oynamışam, orda oynamaq çox asandır. Istənilən futbolçu "Qarabağ”da tam başqa oyun sərgiləyir. 
 
- Yayda "Qəbələ” ilə müqavilən başa çatır. Gələcək karyeran barədə nə düşünürsən?
- Çempionat başa çatsın bu barədə düşünəcəm. Əgər yeni müqavilə təklif olunsa "Qəbələ”də qalacam. 

Xəbər xətti