"Kəpəz"in futbolçusu: "Bizim buna haqqımız yoxdur" MÜSAHİBƏ

11:50 - 10 Aprel 2016

"Başqa şansımız yoxdur"

 

“Kəpəz”in müdafiəçisi Tərlan Quliyev Sportal.az saytına müsahibə verib:

 

- Cari mövsümdə ilk dəfə 4 top fərqi ilə məğlub oldunuz...

- Bilirdik ki, ağır oyun olacaq. AZAL-la oyunda da məğlub olmuduq. Son çempionla dueldən minimum 1 xal qazanmaq istəyirdik. Oyuna elə də pis başlamamışdıq. Lakin iki dəfə səhvə yol verdik və bu da nəticəyə ciddi şəkildə təsir etdi.

 

- Böyük hesabla məğlub olacağını gözləyirdinizmi?

- “Qarabağ”la oyunlar hər zaman çətin olur. Bilrdik ki, çətin olacaq. Amma belə hesabı gözləmiridm.

 

- Son iki oyunda 7 qol buraxmısınız. Komandada nə baş verir?

- Elə götürək mənim özümü. 27-28 turdur ki, oynayıram. Yorğunçuluq olur. “Qarabağ”da heyət genişdir. Bizim üçün belə vəziyyət çətindir. 

 

- Sizcə, oyunun anti-qəhrəmanı Tural Axundov idi?

- Belə deməzdim. Hamımızın səhvi idi. Tural istəməzdi ki qapıları səhv salsın.

 

- Mahir Mədətovla aranızda mübahisə oldu. Nə baş verirdi?

- Bu, futboldu. Belə halların olması normal qarşılanmalıdır.

 

- Gözləmək olarmı ki, “Kəpəz” uğursuzluğa davam etsin və avrokuboklardan kənarda qalsın?

- Mən bildirmişdim ki, arxayınlaşmaq olmaz. Çünki bizim buna haqqımız yoxdur. Düzdür, “Kəpəz” yeni yaranmış komandadır. Amma bizdən çox şey gözləyirlər. Bacardığımızı edirik. “Qarabağ”ın gücü hamıya bəllidir. Bu məğlubiyyəti faciə etmək lazım deyil. Bundan sonra toparlanmalıyıq. Amma belə bir şansımız varsa, əlimizdən qaçırmamalıyıq. Çalışacağıq ki, avrokuboklara vəsiqə qazanaq.

 

- Juninyonun olmaması öz sözünü dedi?

- Əlbəttə. Juniorun olmaması öz sözünü dedi. Biz “Qarabağ” və “Qəbələ” deyilik ki, bizdə əvəzolunamayan futbolçu olmasın. Düzdür, futbolda belə termin yoxdur. Amma Junior orta sahədə yaxşı işlər görür.

 

- Toparlanacağınıza inanırsınız?

- Başqa şansımız yoxdur. Toparlanmalıyıq.

Xəbər xətti