Reynaldodan sonra Bonilla

15:22 - 11 Aprel 2016

Mövsümdə ilk

 

Azərbaycan Premyer Liqasının XXIX turu mövsümün ilk het-triki ilə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, “Rəvan” – “Zirə” oyununda meydan sahiblərini 3 dəfə məyus edən Nelson Bonilla ilkin müəllifi olub.

 

Ölkə çempionatları tarixinə het-trik edən həm ilk salvadorlu, həm də ilk “Zirə” təmsilçisi kimi düşən hücumçu Premyer Liqadakı het-triksiz dövrə son qoyub. Belə ki, ötən çempionatda da 3 qol vuran olmamışdı. Düzdür, nəticələri ləğv olunan “Araz-Naxçıvan”la görüşlərdə bir dəfə belə uğura imza atan olmuşdu. Lakin nəticəsi tarixə düşməyən qarşılaşmanı saymasaq, sonuncu het-trik 2013/14 mövsümündə, 2014-cü il mayın 7-də qeydə alınıb. 704 gün əvvəl “Qarabağ”ın “İnter” üzərindəki 4:1 hesablı qələbəsində Reynaldo 3 qolla pay sahibi olub.

 

Bonillanın het-triki 1992-ci ildən keçirilən ölkə çempionatlarında bir futbolçunun bir görüşdə 3 qol vurduğu 175-ci belə hadisədir. 

Xəbər xətti