Nelson Bonilla 30 illik həsrətə son qoydu

00:14 - 14 Aprel 2016

“Rəvan”la matçda
 
“Zirə”nin salvadorlu hücumçusu Nelson Bonilla “Rəvan”la matçda het-trik etməklə 30 illik həsrətə son qoyub.
 
Sportal.az xəbər verir ki, 1986-cı ildə İspaniya La Liqasında “Kadis” – “Rasinq” matçında 3 qol vuran “sehrbaz” ləqəbli Xorxe Qonzalesdən sonra Nelson Bonilla da het-trik etməyi bacarıb. “Rəvan”la matçda Rəşad Əzizlini 3 dəfə məyus edən Bonilla Xorxe Qonzalesin “Rasinq”lə matçda etdiyini uzun illər sonra təkrarlayıb. Belə ki, 30 il idi ki, legioner həyatı yaşayan salvadorlu futbolçular het-trik edə bilmirdi. “Zirə”nin 25 yaşlı hücumçusu 30 ildən sonra bu həsrətə son qoymağı bacarıb.

Xəbər xətti