Klub rəsmisi ilə qolkiper arasında mübahisə
"Neftçi"də seleksiya xidmətinin rəhbəri Bəxtiyar Musayev və bir neçə nəfərin klubdan ayrılmasında xüsusi rol oynayan icraçı-direktor Elnur Məmmədov bu dəfə yenə qalmaqalla yadda qalıb. Bu dəfə isə "qara siyahı"ya komandanın kapitanı Aqil Məmmədov düşüb.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, son günlərdə məşqlərin birində Elnur Məmmədovla milllimizin qolkperi arasında söz mübahisəsi yaşanıb. Səbəb isə Məmmədovlar arasında anlaşılmazlığın yaranması olub. Komanda yoldaşlarının Aqili sakitləşdirməsi ilə mübahisə başa çatıb.
Son oyunlarda Aqil Məmmədovun gözlənilmədən ehtiyat skamyasında yer alması da bununla bağlı olub. Baş məşqçi Vəli Qasımov Elnur Məmmədovun Aqili oynatmamaq xahişini yerinə yetirib.
saytlarin hazirlanmasi