"Beşiktaş" mövsümün sonunda müqaviləsi başa çatacaq Rayan Babellə yeni sözləşmə imzalayacaq.

 

Sportal.az xəbər verir ki, artıq tərəflər razılığa gəlib. İstanbul klubu hollandiyalı yarımmüdafiəçi ilə illik 2,6 milyon avro məvacib olmaqla 2 illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Babel 2017-ci ildən "Beşiktaş"da çıxış edir.