Ölkənin ən vacib futbol şəhərlərindən biri olan "Kəpəz" acı reallıq olsa da, I Divizionda gün keçirir. Son zamanlar əzəməti yalnız adında qalan Nizami yurdunun təmsilçisində maaşların gecikməsi xəbələri dolaşır.
Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev Sportal.az-a açıqlamasında noybar ayının məvacib haqqlarının yaxın günlərdə ödəniləcəyini deyib:
"Deməzdim ki, klubda maliyyə problemləri hökm sürür. Bütün klublarda olduğu kimi, bizdə də maaş gecikməsi var. "Kəpəz"də bütün ayların maaşı verilib, yalnız noyabrdan başqa. Noyabr ayının maaşı ötən həftəyə söz verilmişdi, ancaq gecikmə oldu. Bu gün, ya sabah ödəmələr baş tutacaq. Komandaya bayrama kimi məvaciblər veriləcək".
Qeyd edək ki, "Kəpəz" I Divizionda 13 turdan sonra 11 xalla 14 komanda arasında 12-cidir.
saytlarin hazirlanmasi