“Kəpəz” qış hazırlığı dövründə daha üç yoxlama oyunu keçirəcək.
Sportal.az xəbər verir ki, rəqiblərdən biri daha əvvəldən məlum idisə, iki komandanın adı yeni müəyyənləşib. Belə ki, Gəncə klubu yanvarın 25-də “Keşlə”nin (başlama saatı 12:00), 30-da isə “Qarabağ”ın ikinci komandası ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək.
Bu matçlardan öncə isə “sarı-göylər” ayın 19-da səfərdə “Ağsu”nun qonağı olacaq. Görüş saat 13:00-da başlayacaq.
Qeyd edək ki, “Kəpəz” ilk yoxlama oyununda “Turan Tovuz”a 0:2 hesabıyla uduzub.
saytlarin hazirlanmasi