Mövsümün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunu heyətinə qatıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "sarı-göylər" təmsilçisi son 4 ayı Litva təmsilçisi “Yonava” klubunda keçirən Gəncə futbol məktəbinin yetirməsi Tural Rzayevi rənglərinə bağlayıb. Yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, “ARB Kəpəz” televiziyasına karyerası ilə bağlı açıqlama verən 25 yaşlı orta xətt oyunçusu bir neçə klubdan dəvət aldığını və Azərbaycanda qalıb oynayası olsa, seçimdə “Kəpəz”ə üstünlük verəcəyini bildirmişdi.
saytlarin hazirlanmasi