Birinci Divizionda 16-cı turun “Kəpəz” – “Zaqatala” matçında rəqib futbolçunun kobud oyunu nəticəsində zədələnərək görüşü davam etdirə bilməyən meydan sahiblərinin üzvü Nicat Verdiyev əməliyyat olunub.
Sportal.az xəbər verir ki, “sarı-göylər”in əsas heyətinin üzvünə MRT müayinəsi zamanı körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Gəncədə özəl xəstəxanalardan birində əməliyyat edilən yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan kənar qalacaq.
saytlarin hazirlanmasi