UEFA-nın nizam-intizam Komitəsi "Yuventus"un futbolçusu Kriştiano Ronaldo ilə bağlı araşdırmalara başlayıb.
Sportal.az xəbər verir ki, buna portuqaliyalı hücumçunun Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə cavab matçında qol sevincini qeyri-etik şəkildə qeyd etməsi səbəb olub. UEFA martın 21-də qərarı açıqlayacaq.
Qeyd edək ki, bu komandaların ilk oyununda "Atletiko"nun baş məşqçisi də qeyri-etik jest etmişdi və 20 min avro cəzalanmışdı. Ronaldo ikinci oyunda het-trik etdikdən sonra həmin jestə eyni şəkildə cavab vermişdi.
saytlarin hazirlanmasi