UEFA daha bir yeni klub turniri yarada bilər.
Sportal.az xəbər verir ki, bu barədə Avropa Klublar Birliyinin (ECA) prezidenti Andrea Anyelli məlumat verib. "Yuventus"un da prezidenti olan Anyelli "2024-cü ildə UEFA ilə birlikdə Super Çempionlar Liqası turnirini yaradacağıq", - deyə qeyd edib.
Super Çempionlar Liqasında 24 klub yarışacaq. Turnirin oyunlarının Çempionlar Liqası ilə üst-üstə düşməməsi üçün ayrı tarix nəzərdə tutulacaq.
Qeyd edək ki, 2021/22-ci illər mövsümündə də yeni start götürəcək. "Avropa Liqası 2" adlandırılacaq yarışda 96 klubun iştirakı nəzərdə tutulub. Həmin mövsümdən sonra Avropa Liqasında iştirakçı sayı 48-dən 32-yə düşəcək. Çempionlar Liqasında isə 32 klub qalacaq.
saytlarin hazirlanmasi