Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Sportal.az xəbər verir ki, "Liverpul"un hücumçusu Roberto Firmino həftənin ən yaxşısı seçilib. Azarkeşlərin səsverməsindən sonra braziliyalı hücumçu Son Hın Min ("Tottenhem"), Frenk De Yonq ("Ayaks") və Jerar Pikeni ("Barselona") qabaqlayıb.
Qeyd edək ki, Firmino "Liverpul"un “Portu”nu 2:0 hesabı ilə məğlub etdiyi oyunda bir qol vurub.
saytlarin hazirlanmasi