Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, "Yuventus" ilk görüşdə 1:1 hesablı heç-heçə "Ayaks"ı qəbul edib. Qonaqlar 2:1 hesablı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib. "Ayaks" yarımfinalda "Mançester Siti" - "Tottenhem" cütünün qalibiylə oynayacaq.
"Yuventus" (İtaliya) - "Ayaks" (Hollandiya) - 1:2
Qollar: Kriştiano Ronaldo, 28 - Donni van de Beek, 34, Matteis de Liqt, 67
İlk oyun - 1:1
saytlarin hazirlanmasi