Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Tottenhem"in qonağı olacaq "Ayaks"ın baş məşqçisi Erik ten Haq açıqlama verib.
Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis finala çıxmaq istədiklərini deyib: "Çempionlar Liqasının yarımfinalında olmağımız təəccüblüdür. Mövsümün əvvəlində kimsə Hollandiyanın hər hansısa klubnun bura qədər gəlməsini təxmin etməzdi. Hazırda uğurlu mövsüm keçiririk, ancaq daha artığını arzu edirik. Finala çıxmaq istəyirik. Komanda yaxşı durumdadır. Maksimum səviyyəmizi meydanda göstərə bilərik və bunu anlayırıq".
Mauriso Poçettino "Ayaks"ın Hollandiya Erediviziyasındakı matçının təxirə salınmasını ədalətsiz qərar kimi adlandırmışdı. Erik ten Haq onun bu fikirləri barədə danışıb: "Yayım hüququndan 10 milyon avro gəlir götürdüyümüz liqada çıxış edirik. "Tottenhem" Premyer Liqada yayım hüququndan ən azı 200 milyon avro qazanır. Mənə bu dünyada nəyin ədalətli olduğunu söyləyin!"
saytlarin hazirlanmasi