Nizami yurdunda yeni yaradılan Qarabağ müharibəsi qazilərindən ibarət “Gəncə” komandası şəhər stadionunda olub.
Sportal.az xəbər verir ki, “Kəpəz” klubunun dəvəti ilə arenaya təşrif buyuran veteranlar məşq zamanı əsas komandanın üzvləri ilə görüşüblər.
“Sarı-göylər”in baş məşqçisi Etibar İbrahimov torpaqlarımızın bütövlüyü uğrunda canından keçən vətən övladlarının qarşısında baş əydiklərini, onların hər zaman xüsusi sevgi və dərin hörmətə layiq olduqlarını deyib. Daha sonra gənc mütəxəssis məşqçilər korpusu və futbolçuların imzaladığı topu, eyni zamanda komandanın şərfini qazilərin kapitanına hədiyyə edib.
Dəvətə və isti qarşılanmaya görə “Kəpəz”ə təşəkkür edən veteranlar qarşıdakı oyunlarda komandaya uğurlar arzulayıblar. “Sarı-göylər”ə mümkün qədər stadiondan dəstək verməyə çalışacaqlarını bildiriblər.
Görüşün sonunda qazilər “Kəpəz”in futbolçuları ilə birlikdə məşq edib, xatirə üçün kollektiv şəkil çəkdiriblər.
saytlarin hazirlanmasi