Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.
Sportal.az xəbər verir ki, həlledici matça vəsiqə qazanan ilk komandanın adına yarımfinalın "Liverpul"la "Barselona" arasındakı cavab görüşündə aydınlıq gəlib.
"Nou Kamp"dakı matçda Kataloniya klubu 3 cavabsız qolla qalib gələrək, böyük üstünlük əldə etmişdi. Ancaq "Liverpul" sona qədər mübarizə aparmaq niyyətində idi. mersisayd klubu inanılmazı reallaşdırmağı bacarıb. Yürgen Kloppun komandası 4 cavabsız qolla qalib gələrək, finala vəsiqə qazanıb.
Yarımfinalın digər cavab matçında sabah "Ayaks" "Tottenhem"i qəbul edəcək.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
"Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0
Qollar: Orici, 7, 79, Veynaldom, 54, 56
İlk oyun - 0:3
saytlarin hazirlanmasi