Valverde istefaya göndərilir: "Klub daxilində söhbət olacaq"

14:59 - 8 May 2019

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu Çempionlar Liqasının yarımfinalında "Liverpul"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, patron öncə məğlubiyyəti şərh edib: "Yenə eyni şey yaşandı. Ötən mövsüm Romada yaşadığımız başımıza gəldi. Azarkeşlər üçün nə qədər pis olduğunu yaxşı anlayıram. Mübarizəni başa vurduq. Dördüncü qol böyük şok oldu. Bərbad gecə yaşadıq".

 

Bartomeu Valverdenin gələcəyinin təhlükə altında olduğuna siqnal verib: "Özümüzə gəlməliyik. Kral kubokunun finalında oynayacağıq. Bu nəticənin hesabı çətin olacaq. Klub daxilində söhbət olacaq. Buna reaksiya verməyin vaxtı gələcək. Hazırda son oyunları gözləməliyik".

Xəbər xətti