Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Sportal.az xəbər verir ki, yarımfinalın ikinci cütündə "Ayaks" doğma azarkeşləri qarşısında ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Tottenhem"i qəbul edib. Oyunda qonaqlar 3:2 hesablı qələbə qazanaraq, finala yüksəlib.
Həlledici görüşdə "Tottenhem"in rəqibi "Liverpul" olacaq.
Final matçı iyunun 1-də Madriddə yerləşən "Vanda Metropolitano" stadionunda keçiriləcək.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
"Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə) - 2:3
Qollar: Matteis de Liqt, 5, Hakim Zieş, 35 - Lukas Moura, 54, 59, 90+4
İlk oyun - 1:0
saytlarin hazirlanmasi