"Ayaks"ın baş məşqçisi: "Qorxulu gecə idi"

02:25 - 9 May 2019

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "Tottenhem"ə 2:3 hesabı ilə uduzaraq, mübarizəni dayandıran "Ayaks"ın baş məşqçisi Erik ten Haq fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib: "Qorxulu idi! Yaşanan gecənin şərhi budur. Finala çox yaxın idik. Ancaq son saniyədə... "Tottenhem"li futbolçular sona qədər inandılar. Rəqib ikinci hissədə daha çox hücumlara atıldı və bizə fürsətlər verdi. Ancaq işi bitirmək üçün üçüncü qolu vura bilmədik".

 

Ten Haq bu mövsüm Çempionlar Liqasındakı çıxışlarını dəyərləndirib: "İlk matçdakından daha yaxşı idik. Daha yaxşı seçimlər etmişdik. Ancaq kimisə günahlandıra bilmərəm. Çempionlar Liqasında inanılmaz mövsüm keçirdik. Komanda şəklində böyüdük. Bu mövsüm bir kubok qazanmışıq. Hədəfimiz Erediviziyadır və "Utrext"lə oyuna köklənməliyik".

Xəbər xətti