Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "Tottenhem"ə 2:3 hesabı ilə uduzaraq, mübarizəni dayandıran "Ayaks"ın müdafiəçisi Deyli Blind fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu on saniyə dözə bilmədiklərini deyib: "Nə deyə bilərəm ki? Çox qorxulu anlar oldu. On saniyə dözə bilmədik. Xəyallarımız darmadağın oldu".
Hollandiya millisinin üzvü Eredviziyada çempion olmağa köklənəcəklərini deyib: "İndi liqaya fikir verməliyik. Bu mövsüm möhtəşəm mübarizə apardıq. Çox qürurluyuq. Dünya bizdən zövq aldı".
"Ayaks" Erediviziyanın son iki turunda qalib gəlsə, çempion olacaq.
saytlarin hazirlanmasi