"Liverpul"un baş məşqçisi Yurgen Klopp UEFA Çempionlar Liqasının finalında "Tottenhem"lə qarşılaşacaqları oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis baş məşqçisi olduğu komandalarda ardıcıl 6 final görüşündə uduzmasından danışıb:
"Finalda favorit olmur, bu, fərqli oyun olur. Əvvəlki finallarım fərqli olub. Hər zaman həlledici oyunlara fərqli heyət və şərtlə getmişəm. Rəqiblər də bizdən fərqli olub. Ardıcıl altı finalda uduzmağın səbəkarı mən olsaydım, həqiqətən də narahat olmalı məqamdır. Əgər belə deyilsə, deməli, bizim həmişə şansımız var. Ötən ildən tam fərqli komandayıq. 2012-2017-ci illərdə final oynamışam. Bəzilərinə şansla gəldik. Son 7 ildə yarım finalların kralıyam. Bununla bağlı bir kitab yazsaydım, böyük ehtimalla, alan olmayacaqdı. Mən də normal insanam. Otağımda oturub hər şeyin mənə məxsus olduğunu və ya özümü uduzan insan kimi düşünə bilmərəm. Hamının problemləri olur. Bəxtsiz adam olduğumu düşünmürəm. Finallarda oynadım, heç vaxt şans gətirmədi və bunu dəyişdirə bilmərəm. Hələ karyeramın sonu deyil, bir neçə il qalıb. Daha yaxşı və ya daha da pis ola bilərdi. Vəziyyətdən razıyam".
Klopp ötən mövsüm ÇL-in finalında Madrid "Real"ın uduzduqları oyunu xatırlayıb:
"Kiyevdə baş verənləri özümüzü yaxşılaşdırmaq üçün fürsət olduğunu düşünürəm. Həmin oyunda normal olmayan üç qol buraxdıq. Həmin oyundan sonra çox çalışdıq və komanda şəklində gücləndik. Ancaq dürüst olmaq lazımdırsa, həmin matçdan çox şey öyrənmədik".
"Qırmızılar"ın çalışdırıcısı finalda favorit olmadıqlarını deyib:
"Premyer Liqadakı xallara görə favorit olduğumuzu söyləyənlər ola bilər. Ancaq mən belə düşünmürəm. "Tottenhem"ə son matçda 2:1 hesabı ilə qalib gəldik. Ancaq qələbə qolu sıradan idi. Bu matçda şanslar bərabərdir".
Final görüşü bu gün İspaniyanın Madrid şəhərində baş tutacaq. İngiltərə klublarının dueli Bakı vaxtı ilə 23:00-da başlayacaq.
saytlarin hazirlanmasi