Türkiyə millisində Cenk Tosun şoku

12:07 - 1 İyun 2019

Avropa çempionatının seçmə mərhələsində Fransa və İslandiya ilə qarşılaşacaq Türkiyə millisi ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, "Everton"un hücumçusu Cenk Tosun sıradan çıxıb. 28 yaşlı futbolçu Yunanıstanla keçirilən yoldaşlıq oyununda zədələnib. O, 1 ay yaşıl meydanlardan kənar qalacaq.

 

Cenk Tosun AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də evdə Fransa, 11-də isə səfərdə İslandiya ilə matçlarda iştirak etməyəcək.

Xəbər xətti