Çempionlar Liqasının finalında "Liverpul"a 0:2 hesabı ilə uduzan "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis məğlubiyyəti şərh edib:
"Özümüzlə qürur duymalıyıq. Böyük savaş ortaya qoyduq. Bəxtimiz də gətirmədi. Penaltidən erkən qol buraxdıq. Yenə də ayaq üstə dayana bildik. Risk etdik, ancaq alınmadı. Çempionlar Liqasının finalında geri düşmək asan iş deyil. Erkən qol planımızı, duyğularımızı, hər şeyi dəyişdirdi".
Poçettino erkən qol gözləmədiklərini deyib:
"Belə bir qol gözləmirdik. İlk dəqiqədə qol buraxacağınızı əsla düşünmərsiniz. Zehni olaraq, ağır durum idi. "Liverpul"un ötən mövsüm təcrübə kimi qazandığını bu il biz yaşadıq".
47 yaşlı çalışdırıcı komandası ilə yenidən finalda oynamaq istədiyini bildirib:
"Bu kollektivlə birgə çalışdığım üçün xoşbəxtəm. "Liverpul"u da təbrik edirəm. Bu gün lazım olan potensialımızı ortaya qoymadıq. Utancverici oyun keçirdik. Yenidən bura gəlmək istəyirik. Ümid edirəm ki, ən qısa zamanda final oynayarıq".
saytlarin hazirlanmasi