Çempionlar Liqasının finalında "Tottenhem"ə 2:0 hesabı ilə qalib gələrək, qalib olan "Liverpul"un kapitanı Cordan Henderson fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Yurgen Kloppun sayəsində qalib olduqlarını bildirib:
"Baş məşqçimiz Yurgen Klopp olmasaydı, bunu bacara bilməzdik. Komandaya gələndən sonra etdikləri inanılmazdır. Klopp paltardəyişmə otağında xüsusi ab-hava yaratdı. Komanda daxilində sağlam birlik var. Bu klubun bir parçası olduğum üçün qürurluyam. Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışıram".
Henderson kuboklar qazanmağa davam etmək istədiyini sözlərinə əlavə edib:
"Həyatımın ən gözəl günlərini yaşayıram. Uşaqlığımdan bəri bunu xəyal edirdim. İndi bu futbolçularla, bu məşqçi ilə kuboklar qazanmağa davam etməliyik".
saytlarin hazirlanmasi