Lloris: "Son 15 dəqiqədə ayılsaq da, kifayət etmədi"

03:26 - 2 İyun 2019

Çempionlar Liqasının finalında "Liverpul"a 0:2 hesabı ilə uduzan "Tottenhem"in kapitanı Uqo Lloris fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, fransalı qapıçı məğlubiyyəti şərh edib:

 

"Bu qədər önəmli matçda məğlub olmaq üzücüdür. Əsəblərimizi pozan məğlubiyyət oldu. Belə bir matça 0:1 hesabı ilə geridə başlamaq çətin idi. Buraxdığım qoldan sonra bir az çəkinirdik. Topa sahib idik, amma şans yaratmırdıq. Son 15 dəqiqədə oyansaq da, kifayət etmədi. Çox təssüflər olsun ki, belə alındı. Nələri əskik etdiyimizi bilmirəm. "Liverpul" hücumlarımız zaman çox asan müdafiə olundu. Belə uduzmaq çox pisdir".

Xəbər xətti