Çempionlar Liqasının finalında "Tottenhem"ə 2:0 hesabı ilə qalib gələrək, qalib olan "Liverpul"un müdafiəçisi Vircil van Dayk fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu qələbəni şərh edib:
"Çox qol şansı yaratmadıq. "Tottenhem" güclü komandadır. Buna görə də meydanda ağıllı hərəkət etməli və güclü qalmalı idik. Bunu bacardıq və Çempionlar Liqasını qazandıq".
Hollandiyalı futbolçu komandanın baş məşqçisi Yurgen Kloppla bağlı danışıb:
"Klopp möhtəşəm baş məşqçidir. Bizdən nə ala biləcəyini çox gözəl bilir. Meydandan kənarda da gözəl işlər görür. Belə bir məşqçi ilə birgə çalışdığım üçün xoşbəxtəm".
Van Dayk ÇL-in qalibi olmasına baxmayaraq, "Qızıl top" mükafatını Lionel Messinin qazanmalı olduğunu vurğulayıb:
"Məncə Messi dünyanın ən yaxşı futbolçusudur və "Qızıl top"u qazanmaldır. Mənə versələr, bu mükafatı alaram, amma bunu Messi qazanmalıdır. Finalda olsa da, olmasa da, Messi dünyada ən yaxşı futbolçudur".
saytlarin hazirlanmasi