Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor” klubu baş məşqçisi Sərgən Yalçınla yolları ayırıb. 

 

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssislə müqavilənin uzadılması barədə anlaşma əldə edilməyib.

 

"Alanyaspor" Super Liqanı 44 xalla 9-cu pillədə başa vurub.