Super kubokun vaxtı açıqlandı

17:54 - 15 İyun 2019

Türkiyənin “Qalatasaray” və “Akhisarspor” klubları arasında keçiriləcək Super kubok oyununun vaxtı və yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsi qarşılaşmanın avqustun 7-də keçirilməsinə qərar verib. Görüş “Ankara Eryaman” stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə 22:45-də başlayacaq.

 

“Qalatasaray” 2018/19 mövsümündə həm Super Liqanın, həm də ölkə kubokunun qalibi olub. “Akhisarspor” isə Türkiyə kubokunun finalçısı kimi Super kubok matçında mübarizə aparmaq hüququ qazanıb.

Xəbər xətti