Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a rəqib olan Albaniyanın "Partizani" klubunun baş məşqçisi Franko Lerda püşkü dəyərləndirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, komandanı ilk dəfə məşqə çıxaran italiyalı mütəxəssis uğura ümid etdiyini deyib:
"Komanda ilə ilk günümü keçirdim. Çox vacib toplanış oldu, futbolçuları görməyim yaxşı oldu. Yaxşılaşmaq və böyümək istəyən kollektiv görmək məni məmnun etdi. Bundan əlavə, yaxşı xüsusiyyətlərə malik olan və yaxşı işlər görməyə ümid verən kollektivimiz var. Püşkatmada arzuladığım komanda yox idi. Püşkdən sonra həmişə fərqli müzakirələr olur. Biz özümüzü düşünməli, hər vəziyyətə hazırlıqlı olmalıyıq və turu keçməyə əmin olmalıyıq. Yaxşı vəziyyətdə olacağımıza inanırıq".
"Qarabağ" “Partizani” ilə ilk oyununu səfərdə keçirəcək. I təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab matçları isə 16-17 iyul tarixlərində olacaq.
saytlarin hazirlanmasi